Novator HRC

Satış təmsilçisi

700 - 1100 AZN

My default image

 

 Vakansiyanın təsviri:

 

  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək, suallarını əsaslandırılmış formada cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Peşəkar yuyucu vasitələrin, təmizlik maşınlarının və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək;
  • Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Yanacaq xərcləri qarşılanır;
  • Əmək haqqı 700-1100 azn+bonus (amortizasiya xərcləri daxil);
  • İş saatı: həftənin 6 günü,

 

Xüsusi tələblər:

 

  • Şəxsi avtomobil mütləq olmalıdır;
  • Sürücülük vəsiqəsi;
  • Ali təhsil;
  • Yaş həddi 21-30;
  • Azərbaycan və rus dillərini səlis bilməli (ingilis dili arzuolunandır);
  • Analitik düşüncə, öz üzərində işləyən, inkişafa meyilli;
  • Stressə davamlı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 15.07.2023