Satış üzrə aparıcı mütəxəssis

Veliev MMC

Satış üzrə aparıcı mütəxəssis

undefined 

 

Vəzifə və Öhdəlikləri:

  • Cəmiyyətdə istehsal olunan və hazır məhsulların mağazalar və satış anbarlarında satışının təşkili.
  • Mövcud və potensial müştərilərə məhsulların təqdimi və satışının təşkili.
  • Mövcud və potensial müştərilərin ehtiyaclarını ödəmək üçün xərc-fayda və ehtiyac analizini həyata keçirmək.
  • Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qorumaq.
  • Daimi mövcud və potensial müştərilərlə əlaqə saxlamaq.
  • Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətləndirmək.
  • Cədvəl daxilində razılaşdırılmış satış hədəflərinə və nəticələrə nail olmaq.
  • Bölgə üzrə bazar potensialını və rəqibləri təhlil etmək, satışları və status hesabatlarını izləmək. 
  • Mağaza və satış anbarlarının əlaqələndirilməsi, satışın artırılması üçün lazım olan tədbirlərin hazırlanıb rəhbərliyə təqdim edilməsi.
  • Görülən işlər barədə mütəmadi hesabat hazırlayıb rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Ali təhsil;
  • Microsoft Office əla səviyyə;
  • Azərbaycan dili və rus dili əla  , ingilis dili əlavə üstünlükdür
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və davranış bacarığı;
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı;
  • Analitik və təhliletmə bacarığı;
  • Xarici ezamiyyətlərə getmək imkani;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Satış üzrə aparıcı mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 01.07.2023