Təmizlik xidməti satışı üzrə menecer

İCS Azerbaijan MMC

Təmizlik xidməti satışı üzrə menecer

700 AZN

İş barədə məlumat:

Təmizlik xidmətinin satışı ilə məşğul olacaq menecer tələb olunur

  • Təmizlik xidmətinin təqdim edilməsi , təmizlik xidməti haqqında potensial  müştərilərə dolğun məlumatın çatdırılması;
  • Şirkətin müəyyən olunmuş strategiyası üzərində müştəri ziyarətləri edərək təmizlik xidməti satışını həyata keçirtmək;
  • Bütün yeni xidmətlər haqqında müştəriləri  düzgün və dolğun məlumatlandırmaq;
  • Ehtiyac olduqda ətraf rayonlara baş çəkmək;
  • Yanacaq xərcləri qarşılanacaq;
  • Əmək haqqı 700 azn+bonus ;

Namizədə tələblər:

  • Şəxsi avtomobilinin olması mütəqdir;
  • Sürücülük vəsiqəsi;
  • Ali təhsil;
  • Yaş həddi 22-40 arası;
  • Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);
  • Komandada işləmək bacarığı;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
  • Ünsiyyətcil və inandırma bacarığı ;
  • Öz üzərində işləyən, inkişafa meyilli;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Satış analizini aparmaq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması bacarığı;
  • Bakı şəhərində qeydiyyatda olmalı;
  • Təmizlik xidməti satışında təcrübəsi olmalı ;

İş qrafiki barədə :

  • 6 günlük iş qrafiki ;
  • bazar günü istirahət;

Ünvan: Nərimanov rayonu , Aşıq Molla Cümə küçəsi 44

Tələblərə uyğun namizədlər mövzu yerində “Təmizlik xidməti satışı üzrə menecer ” yazmaqla öz CV-lərini Hr@icsazerbaijan.az göndərə bilərlər.

Elanın bitmə tarixi: 16.03.2023