Feldşer - gecə növbəsi

Mars Overseas Baku

Feldşer - gecə növbəsi

My default image 

Departament: SƏTƏM/Keyfiyyətə nəzarət

Əsas öhdəliklər:

  • İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək

  • Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək

  • Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsini və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək

  • Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək

  • Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigyenik şəraitə nəzarət etmək

  • Prosedur kabinetində tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq

  • İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək

  • Gündəlik olaraq sürücü və operatorları reysqabağı tibbi müayinədən (alkotester, qan təzyiqi, hərarət və s.) keçirtmək

  • Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində düzgün saxlayıb, xəstələrə təyinata uyğun vermək

  • Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək

Əsas tələb:

  • Tibbi kollec və ya ali tibbi təhsil

  • Vəzifə üzrə 1-3 il təcrübə

  • Orta səviyyədə MS Office biliyi

Əlavə məlumatlar:

  • İş yeri – Sumqayıt şəhəri

  • Tibbi sığorta

  • Korporativ nömrə

  • Peşəkar təlimçi tərəfindən təlimlər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Feldşer (gecə növbəsi)” qeyd etməklə  [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Elanın bitmə tarixi: 07.11.2023