A - Group Insurance Company
Həkim
“A-Qroup Sığorta Şirkəti” ASC-yə dar ixtisas mütəxəssis HƏKİMLƏR tələb olunur.
Vəzifə öhdəlikləri:
Xəstəxana daxili tibbi ekspertizanın həyata keçirilməsini təmin etmək;
Müqavilə bağlanmış Tibb müəssisələrində seçilmiş həkimlərin müayinələrə dair xərclərin statistikasını aparılmaq;
Tibb müəssisəsi ilə sığorta olunan arasında yaranmış tibbi xidməti təşkil etmək ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasını, təhlilini və aradan qaldırılmasını təmin etmək;
Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin: diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibbi personal ilə görüşlər keçirmək;
Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;
Rəhbərlik tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
Ali tibbi təhsili;
Tibbi yardım sahəsində 2 il iş təcrübəsi;
Ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
MS Office proqramlarını yaxşı bilmək.
İş barədə məlumat:
İş rejimi - sərbəst, yarım ştat
Tibbi sığorta
Əmək haqqı: razılaşma yolu ilə
E-mail: [email protected]
Elanın bitmə tarixi: 04.01.2024