Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis

ATEF Şirkətlər Qrupu

Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis

700 - 800 AZN

 

undefined 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.
  • Tam sosial təminat (məzuniyyət və s.)                                                                                   
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemiylə bağlı şirkətin normativ sənədlərini yeniləmək və zəruri sənədləri hazırlamaq;
  • Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
  • KİS-lə əlaqədar daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
  • Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;
  • İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
  • Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;
  • İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
  • Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
  • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
  • Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
  • Uyğunsuzluğun təhlilində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək.

Tələblər:

  • Ali təhsil
  • İxtisas üzrə minimum 2 il iş təcrübəsi,
  • Kompüter bilikləri - Excell və MS office proqramları,
  • İSO9001, İSO22000 standartlarını bilmək,
  • Azərbaycan və  Rus dilində sərbəst ünsiyyət qurmaq bacarığı, ingilis dili arzuolunandır
  • Fikrini izah etmək qabiliyyəti,
  • İşə planlı yanaşması,
  • Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Keyfiyyət idarəetmə sistemi üzrə mütəxəssis) e-mail də mövzu (subject) bölməsində göstərin.

Elanın bitmə tarixi: 04.11.2022