Mətanət A

Anbardar

undefined 

Vakansiyanın təsviri:

  • Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işinə rəhbərlik edir;
  • Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunmasına, saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
  • Yanğın əleyhinə vasitələrin olmasına və sazlığına, otaqların vəziyyətinə, anbardakı avadanlıq və digər mal və materialların vəziyyətinə nəzarət edir;
  • Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir;
  • Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasına rəhbərlik edir;
  • Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
  • Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun aparılmasına nəzarət edir.
  • Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir.
  • İş şəraiti:İş saatı: 09-00-dan 18-00-dək;
  • Bazar günü istirahət;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yeri: Hacıqabul rayonunda yerləşən zavodumuzda olacaqdır.;
  • Əmək haqqı Razılaşma yolu ilə
  • Qeyd İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

Xüsusi tələblər:

  • Təhsil: Ali (bakalavr);
  • Yaş həddi: 25-45;
  • Kompüter biliyi: MS Office  (Word, Excel) 1C
  • Dil bilikləri: Azərbaycan(Rus dili arzuolunandır)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il.
Müraciət etmək üçün[email protected] 

Elanın bitmə tarixi: 28.03.2023