GM Construction
Baş təchizatçı
Vəzifə üzrə öhdəliklər:
Satınalma prossesinin vaxtında, təsdiqlənmiş prosedurlara uyğun qaydada ən əlverişli şərtlərlə icra edilməsi;
Şirkətin istehsalat və tikinti sahələri üçün tələb olunacaq xammal və avadanlıqların alışı, istehsalat ehtiyyatlarının hazırlanması;
Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
Təchizatçılarla (yerli və xarici) müqavilə şərtlərinin müəyyən olunması və bağlanması, icrasının nəzarətdə saxlanılması;
Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması), gömrük rüsumlarının ödənilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
Təchizat sifarişlərinin idarə edilməsi (rotasiya, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatların hazırlanması;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, qiymətləndirilməsi;
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
Alınmış malların qeydiyyatının 1C proqramında aparılmasına nəzarət edilməsi;
Minimum anbar stokunun alışlarının icrası və ehtiyat normasının təyin edilmiş miqdarda saxlanılmasının təmin edilməsi.
Tələblər:
Ali təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə);
Tikinti sferasında müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;
Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl səviyyədə, ingilis dili arzuolunandır
Məsuliyyətlilik və punktuallıq;
Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
Komandada işləmək bacarığı;
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları.
Bilməlidir:
Təchizat və satınalma prosseslərinin ümumi prinsipləri;
Təchizatın planlaşdırılması və təchizatçıların düzgün qiymətləndirilməsi;
Bazarın təhlili üsulları;
Tender prosesinin aparılması və təşkili;
Beynəlxalq satınalma və logistika qaydaları;
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması qaydaları.
İş şəraiti və təminat:
İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);
Korporativ nömrə ilə təmin olunma;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı müsahibə əsasında namizəd bilik və təcrübəsinə müvafiq təyin ediləcək.
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.
Elanın bitmə tarixi: 04.01.2024