Beynəlxalq daşımalar üzrə kordinator

Abşeron Logistika Mərkəzi

Beynəlxalq daşımalar üzrə kordinator

undefined 

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
  • Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;
  • Potensial və mövcud müştərilərin yük hərəkətini  təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
  • Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
  • İrxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Beynəlxalq daşıma sahəsində 5 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • Proses idarəçiliyi bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 18 aprel 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşımalar üzrə koordinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 18.04.2023