Logistika üzrə mütəxəssis

Başak Group

Logistika üzrə mütəxəssis

800 AZN

My default image 

Namizədə aid tələblər:

  • Ali təhsil,
  • Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,
  • Təcrübə: Sahə üzrə ən az 2 il,
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı,
  • Punktual,
  • Analitik düşüncə,
  • Təqdimat bacarığı,
  • Rus dili, ingilis dili əla səviyyədə,
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).

Vəzifə öhdəlikləri:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • İdxal və İxrac əməliyyatlarına nəzarət
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
  • İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ),
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.