By Telecom

Sürücü-Ekspeditor

500 AZN

undefined 

 

Vakansiyanın təsviri:

 

  • Təqdim olunan sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirtmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtında çatdırmaqda ekspeditora kömək etmək və lazım olduqda bu işi təkbaşına icra etmək.
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş rejim: 10:00-19:00
  • Müqavilə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
  • Əmək haqqı 500+ Bonus %.

 

Xüsusi tələblər:

 

  • Təhsil: orta təhsil;
  • Təcrübə: 3 illik iş təcrübəsi;
  • Yaş: 25 – 40 ;

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 07.07.2023