Holcim Azerbaijan

Mühafizə üzrə Koordinator

undefined 

 

Şöbə: Mühafizə Şöbəsi

İş vaxtı: Tam iş vaxtı.

Vəzifələr:

  • İnsanların, ətraf mühitin, şirkətin vəsaitlərinin və imicinin qəsdən törədilən cinayət fəaliyyətindən, zərərli hərəkətlərdən və arzuolunmaz hadisələrdən qorumağı təmin edir
  • Təhlükəsizlik və Dayanıqlılıq üzrə Menecerə müəssisənin gündəlik mühafizə xidmətini təşkil və rəhbərlik etməkdə köməklik edir, müəssisənin mühafizə fəaliyyətinə dair  post, yoxlamalar və yoxlama məntəqələrə aid prosedurları, daxili qərarları və digər sənədləri tərtib edir və təzələyir
  • Müəssisənin mühafizə olunan ərazilərinə mühafizə xidmətinə dair qaydalar və prosedurlar hazırlayır
  • Müəssisənin iş ərazilərində effektiv mühafizə sisteminin qurulmasına və təkmilləşdirilməsinə dair təkliflər verir
  • Müəssisənin iş ərazilərində mühafizə xidməti göstərən mühafizə şirkətinin heyətinin işini bilavasitə koordinasiya edir, növbədə olan mühafizə heyətinin əmək funksiyalarının icrasına şəxsən nəzarət edir
  • Mühafizə xidmətində baş verən pozuntular və nöqsanların araşdırılmasında iştirak edir və səbəblərini əşkar edərək mühafizə xidməti ilə birgə lazımı tədbirlər görür
  • Mühafizə xidməti əməkdaşlarının iş yerlərində praktiki işini, postlarda prosedurlara nəzəri yiyələnmə səviyyəsini, iş təlimatlarını yoxlayır 
  • Mühafizə şirkəti tərəfindən müəssisənin ərazilərində xidmət aparmaq üçün işə götürülən əməkdaşları uyğunluq və professionallıq cəhətdən yoxlayır, tələb olunan sənədlərin surətlərini əldə edir
  • Cari məsələləri müzakirə etmək məqsədilə mühafizə şirkəti ilə görüşlər təşkil edir və görüşlərin protokolunu hazırlayır
  • Mühafizə şirkətinin fəaliyyəti barəsində hesabatlar verir, xidmətin keyfiyyətinin qiymətləndirilməsində iştirak edir
  • Müəssisənin digər nöqtələrdə yerləşən iş ərazilərinə mütəmadi olaraq gedərək ordakı mühafizə xidmətinə nəzarət edir, mühafizə sistemini yoxlayır
  • Təhlükəsizliyə dair hadisələrin qeydiyyatını aparır və fövqəladə hallar və təhlükəsizliyə dair məsələlər barəsində Təhlükəsizlik və Dayanıqlılıq üzrə Menecerə və ƏMTT üzrə Menecerə məlumat verir
  • Fövqəladə hallar zamanı növbədə olan mühafizə xidmətinin əməkdaşlarına zəruri tədbirlərin görülməsində rəhbərlik edir
  • Təhlükəsizliyə dair hadisələrin araşdırılmasında iştirak edir, hadisə yerində lazım olan təxirəsalınmaz tədbirləri həyata keçirir
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatlı olur və ona əməl olunmasına ciddi riayət edir

Tələb olunan keyfiyyətlər:

Təhsil və İş təcrübəsi:

  • Müvafiq sahədə iş təcrübəsi - 3 il
  • Hərbi bilet (hərbi qulluğu keçmiş)

Müraciət proseduru:

Maraqlananlar CV-lərini, mövzu hissəsində mütləq “Mühafizə üzrə Koordinator” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Şirkət uyğun namizəd müəyyən edilən kimi vakansiyanı doldurmaq hüququnu özündə saxlayır.

Ərizələrin son qəbul tarixi: Mart 10, 2023

Elanın bitmə tarixi: 10.03.2023