Böden MMC

Elektrik-mexanik

700 - 800 AZN

İş barədə məlumat
Mərmər, qranit, təbii daşlar, parketlər və bahalı üzlüklər üçün xüsusi bərpa vasitələrinin ,
cilalama və qulluq xidmətinin satışını həyata keçirən şirkətə təmizlik avadanlıqlarının təmiri
və profilaktikası üçün elektrik-mexanik lazımdır.
  • Təmizlik texnikalarının və avadanlıqlarının təmir edilməsi və profilaktikası;
  • Təmizlik avadanlıqlarında baş verən texniki problemlərin dərhal aradan qaldırılması;
  • Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi;
  • Əmək haqqı : 700-800 AZN
Namizədə tələblər
  • Yaş həddi 25-45 arası;
  • Rus dili bilməsi arzuolunandır;
  • Elektrik cihazlarının iş prinsipini bilmək;
  • Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını;
  • Elektrik avadanlıq-qurğuların quraşdırılması və istismarını
  • Elektrik avadanlıq-qurğulara baxışı və qulluğunu;
  • Elektrik avadanlıq-qurğuların sökülməsi və təmirini;
İş qrafiki
  • 6 günlük iş qrafiki (6-cı gün 09:00-14:00)
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı
göstərilməklə [email protected] elektron poçtuna göndərmələri və ya 051 229 23 18
nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Elanın bitmə tarixi: 07.12.2022