Badamdar Hotel & Residences

Təmizlik üzrə Menecer

undefined 

Vəzifə öhdəliklərin təsviri:

  • Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təmizlik şöbəsinin işçi heyətinə nəzarət etmək. 

  • Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir və Menecerə  bu işlər barədə məruzə edir.

  • Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün mərtəbələri və ictimai yerləri yoxlamaq;

  • Əməkdaşlar üçün təlimlər təşkil etmək, təlim planı tərtib etmək.

  • Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin etmək

  • Şöbə üzrə gəlir və xərclərə nəzarət etmək, illik büdcə planını hazırlamaq və rəhbərliyə təqdim etmək.

  • Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək.

  • İclaslarda iştirak etmək, həmçinin şöbə daxili iclasları keçirmək, məruzələr və hesabatlar hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq.

  • Rəhbərlik tərəfindən təyin edilmiş istənilən bu və digər vəzifələri yerinə yetirir.

Uğurlu namizəd aşağıdakı tələblərə cavab verməlidir:

  • Ali təhsil

  • Otel sahəsində 5 ildən artıq iş təcrübəsi

  • Təmizlik standartlar barəsində mükəmməl biliklər

  • Güclü idarəçilik, liderlik keyfiyyətləri

  • Ünsiyyət qurma, mübahisələrin həll olunması, stress altında işləmə bacarıqları

  • Opera və ERP sistemlər üzrə biliklər

Uyğun namizədlər öz CV-lərini [email protected] mail ünvanına göndərə bilər.

Son tarix 31.10.2023

Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar

Elanın bitmə tarixi: 31.10.2023