ADA University
Xadimə
İş öhdəlikləri:
Gündəlik təmizlik işlərini yerinə yetirmək;
Tədbirlər zamanı çay fasilələrini təşkil etmək;
Tədbirlərdən sonra ofisin səliqəsini təmin etmək;
Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
Kampus ərazisində təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər:
Punktual, məsuliyyətli və detallara diqqətli olmaq
Məxfiliyi qorumaq bacarığı
Məsuliyyətli və mehriban davranış
Təmizləyici vasitələrdən istifadə etmək bacarığı
Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq
Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Xadimə” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 26 oktyabr, 2023.
Elanın bitmə tarixi: 26.10.2023