PMD Group

Baş mexanika mühəndisi

My default image 

Təsvir:

  • Mexanika layihələrinin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması

  • Layihələr üzrə həftəlik hesabatların rəhbərliyə təqdimatı

  • Mühəndislik planlarının nəzərdən keçirilməsi, hesabat və layihələndirilməsinə nəzarət

  • Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək

  • Müxtəlif mühəndislik fənləri, tətbiq üsulları və materialları haqqında biliklərin tədqiqi

  • Podratçı şirkətin mexanika mühəndislərinin işini izləmək və tövsiyələr vermək, tələb olunduğu təqdirdə seminarlar təşkil etmək

  • Podratçı və subpodratçı mexanika layihə qruplarına nəzarət etmək, onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək

  • Layihə proqramının tələblərini hazırlamaq

  • Layihə ilə əlaqəli məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün tərəfdaşlarla ünsiyyətdə olmaq

  • Qarşıya qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün podratçı şirkətlərlə sıx əlaqədə olmaq

  • Layihə ehtiyaclarını və məqsədlərini müəyyən etmək üçün birbaşa rəhbəri ilə işləmək

  • Podratçılar və subpodratçılar tərəfindən görülən işlərin düzgünlüyünü yoxlamaq və rəhbərliyə hesabat şəklində çatdırmaq

  • Müxtəlif təyinatlı layihələrə görə mütəxəssislər ilə məsləhətləşmələr aparmaq

  • Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək

Tələblər:

  • Mexanika mühəndisliyi üzrə ali təhsil

  • Mexanika mühəndisi (layihələndirmə üzrə) kimi minimum 10 il iş təcrübəsi

  • Kompüter bacarıqları: AutoCAD və REVIT-dən istifadəni yüksək səviyyədə bacarmaq

  • Yüksək idarəetmə və ünsiyyət bacarıqları

  • Detal yönümlü və yüksək analitik bacarıqlar

  • Yüksək təqdimat və komandada işləmək bacarığı

  • Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili - yaxşı və əlavə dillər arzuolunandır 

Müraciət üçün link: https://glorri.com/pmdgroup/656db67d20ef253aa4e0210f-Ba%C5%9F%20mexanika%20m%C3%BCh%C9%99ndisi?sources

Elanın bitmə tarixi: 04.01.2024