OBA marketlər şəbəkəsi

İnşaat mühəndisi

1000 - 1200 AZN

My default image 
İş barədə məlumat:

 

  • Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
  • Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
  • Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
  • Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək.

Əlavə təminatlar:

  • Nahar ödənişi
  • Korporativ nömrə
  • Nəqliyyat və Amortizasiya xərci qarşılanır

İş qrafiki:

  •  İş saatları 09:00-dan– 18:00-dan
  • Nahar fasiləsi: 13:00-dan 14:00-dək
  • Bazar istirahət günü.
Namizədə tələblər:
  • Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
  • Təcrübə: müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
  • Avtomobil (Mütləq) (Yaxın regionlara ezam olunacaq)
  • Kompüter bilikləri: MS Office (İlkin səviyyədə)
  • Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
  • Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
  • Komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat mühəndisi (Gəncə)" yazaraq [email protected] göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 26.01.2025