Daşkəsən Dəmir Filiz MMC
Tikinti üzrə mühəndis - Daşkəsən
Vəzifə öhdəlikləri:
Sahədə yerinə yetiriləcək təmir, tikinti və söküntü işlərinə nəzarət etmək
İllik tələb olunan materialların sifarişini hazırlamaq
Cəmiyyətin illik təmir və tikinti işləri üzrə daxil olan sifarişlərinin iş həcmlərini hesablamaq və eskiz cizgilərini hazırlamaq
Sahədə görülən işlərin təhvil təslim aktı əsasında qəbulunu yerinə yetirmək
Sahədə podratçıların işinə nəzarət etmək, və qüsurlar barədə podratçıya xəbərdarlıq etmək
Layihələndirilən təmir, tikinti və söküntü layihələri ilə tanış olmaq və irad və təkliflər hazırlamaq
Tikinti quraşdırma işlərinin tikinti norma və qaydaların uyğun yerinə yetirilməsinə nəzarət etmək
Tikilmiş obyektlərin istismara qəbulunun təşkilində iştirak etmək
Günlük, həftəlik və aylıq hesabatlar təqdim etmək
Namizədə tələblər:
Ali mühəndislik təhsilli;
Sənaye və mülki tikinti işləri üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
AutoCad proqramından yüksək istifadə bacarığı;
İş yeri Daşkəsən şəhərində olacağından, daimi Gəncə, Daşkəsən və digər yaxın ərazilərdə yaşaya biləcək namizədlərə üstünlük veriləcəkdir;
Bacarıqlar:
Layihələrin idarəedilməsi bacarıqları;
Komandada işləmək bacarığı;
İşin planlaşdırılması bacarığı;
Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
Yaradıcı və təşəbbüskar olmaq;
Digər məlumatlar:
İş yeri: Daşkəsən şəhəri
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi
İş vaxtı: 08:00 – 17:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tikinti üzrə mühəndis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi: 27.10.2023