Motivasiya edən Top 10 film

Psixoloqların da araşdırmalarından görürük ki, uğura doğru addımlayarkən motivasiyanın rolu vacibdir. Bu bizi mənəvi olaraq daha çox çalışmağa, yaratmağa, əzmli olmağa və ruhdan düşməməyə kökləyir.

Bir çox vaxt motivasiyanı digər insanların uğur hekayəsini izləyərkən alırıq və ilhamlanaraq məqsədə çatmağın yollarını öyrənirik.

Aşağıda sizə maraqlı ola biləcək Top 10 film adı sadalayacağıq.

Filmlərə baxaraq xoş vaxt keçirtməyinizi,ilhamlanmağınızı və uğura doğru gedərkən sizə kömək ola biləcək yeni məlumatlar əldə etməyinizi arzulayırıq.

 

   1. Xoşbəxtlik Uğrunda Mübarizə ( The Pursuit of Happyness)

undefined 

 

Film istənilən şəraitdə mübarizə aparmağı və ruhdan düşməməyi öyrədir. Nə qədər çətin olsa da, məqsədli şəkildə addımladıqda, ümidini itirmədikdə, hər kəsi sonda uğur gözləyir.

    2. Jobs (Steve Jobs)

undefined 

Film cəsarətli,yenilikçi və bütün maneələrə qarşı yüksəlmiş sahibkar Stiv Cobsun inanılmaz hekayəsindən bəhs edir. Bu adam tarixdə çox nəzərə çarpan bir iz buraxdı, təkcə texnologiyanın inkişafı vektorunu deyil, həm də bütün dünyada həyatı əbədi olaraq dəyişdirdi ...

    3. Sosial şəbəkə(The Social Network)

My default image 

 

 

 

 

Devid Finçerin filmi internetdə ən populyar sosial şəbəkələrdən birinin - Facebook-un yaradılmasından bəhs edir. Bu şəbəkənin istifadəçilər arasında böyük uğuru Harvarddan olan bir qrup tələbəyə ABŞ-ın ən gənc multimilyonçusu olmağa imkan yaratdı.

    4. Təcrübəçi(The Intern)

undefined 

Bu film, ilk növbədə özünə inam haqqındadır. İnanmıram ki, siz  70 yaşınız olanda böyük bir onlayn mağazada təcrübə keçməyə qərar verəsiniz. “Oskar” mükafatlı Robert De Nironun canlandırdığı baş qəhrəman isə bütün dünyaya hələ də məharətli olduğunu göstərmək qərarına gəlir, lakin bunun üçün əvvəlcə o, USB-nin, internetin və sosial şəbəkələrin nə olduğunu öyrənməli olacaq.

5. Qazanmaq Sənəti (Moneyball)

My default image 

Film böyük idman qələbələrinin arxasında böyük strateqlərin və menecerlərin dayandığını aydın şəkildə göstərir. Onlarsız döyüşə hazır komanda yığmaq və uğur qazanmaq olmaz.

 

6.  Erin Brokoviç

My default image 

Film real hadisələrə əsaslanır. Erin Brokoviçin bioqrafiyası  bir çox qızlar üçün nümunədir. Onun cəsarəti, mətanəti və əzmkarlığı ən çətin həyat sınaqlarını dəf etməyə kömək etdi.

    7. Kralın çıxışı

 undefined 

Lentin süjeti indiki kraliça II Yelizavetanın atası, Britaniya kralı VI Corc kimi vəzifəsini icra etməyə hazırlaşan Hersoqdan bəhs edir. Qardaşı taxtdan imtina etdikdən sonra baş qəhrəman istəmədən taxtı qəbul edir. Dəhşətli kəkələmə və ölkəyə rəhbərlik etmək qabiliyyətinə şübhə ilə üzləşən Georq kömək üçün Lionel Loq adlı qeyri-adi loqopedə müraciət edir.

     8. «1+1»(The Intouchables)

My default image 

Filip tamamilə iflicdir və özünə qulluq etmək qabiliyyətindən məhrumdur ki, bu da ətrafındakıların ona acımasına səbəb olur. Driss başqalarının gözündə cəmiyyətə heç bir xeyri olmayan insandır. Lakin onlar  ikisi birlikdə tamamilə yeni bir qüvvə, bir növ tandem meydana gətirirlər. Burada bir tərəfdən diqqətə layiq ağıl, incəlik, zəriflik və çox böyük mənəvi güc, digər tərəfdən isə gənclik, ehtiyatsızlıq və hərəkətlilik var. Və bu tandem dostluq adlanır – həmin o bir birinə dayaq olan əsl dostluq.

     9. Whiplash

 

undefined  

 

Andrew Nieman, Buddy Rich-ə pərəstiş edən və onun kimi məşhur nağara ifaçısı olmaq arzusunda olan nüfuzlu Şaffer Konservatoriyasının birinci kurs tələbəsidir. Universitet qurucusu Terrence Fletcher gənci öz orkestrinə qəbul edir, lakin maestronun gənc istedadlarla işləmək üçün bir qədər özünəməxsus üsulları vardır. Virtuoz Fletçer  deyir: "Dilimizdə "yaxşı" sözündən daha zərərli və təhlükəli söz yoxdur" . İndi Miles işində ən yaxşı olduğunu sübut etməlidir.

     10. Wall Street Canavarı(The Wolf of Wall Street)

My default image 

 

 

 

 

 

 

Film heç vaxt təslim olmamağı və ağlını işlədə bildikdə nə qədər həyatda enişlər olsa belə, yenə qalxmağı bacarmağın mümkünlüyündən bəhs edir.

Oxunulub: 675